Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan millisinin də heyəti bəlli olub.
Bunu Dünya Güləş Birliyinin mətbuat xidməti açıqlayıb.
Yığmamız yarışa 28 idmançı ilə yollanacaq. Sərbəst və yunan-Roma güləşinin hərəsində 10, qadın güləşində isə 8 təmsilçimiz mükafatlar üçün mübarizə aparacaq.
Sərbəst güləş millimizdə Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseni Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Əbdülcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.
Yunan-Roma güləşində Azərbaycanı Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Balaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) təmsil edəcək.
Qadın millimizin heyətinə isə Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Zöhrə Kərimzadə daxil edilib.
Qeyd edək ki, turnir martın 8-14-də keçiriləcək.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər