Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirini davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
Azərbaycan millisinin 2 idmançısı xalçaya çıxıb. Onlardan Paris-2023 Yay Olimpiya Oyunlarının lisenziyaçısı Murad Məmmədov (63 kq) 1/4 finalda yerli Levente Tothu 11:0 hesabı ilə məğlub edib. O, daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala yüksəlib. Güləşçimizin həlledici görüşdə rəqibi moldovali Viktor Çobanu olub. Murad 10:0 hesabı ilə təmiz qələbə qazanıb.
130 kq-da güləşən Beka Kandelaki isə mübarizəni erkən yekunlaşdırıb. O, startda türkiyəli Rza Kayaalpa 0:3 hesabı ilə uduzub.
Yarışda ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edir. Sabah Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, millimizin aktivində 2 gündən sonra 2 medal var. Sərbəst növdə Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
- Güləşçilərimiz “Zəfər kuboku”nda iştirak edəcək
- Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib
- Rafiq Hüseynov: “Olimpiya Oyunlarına gedən yol yeniyetmələrdən başlayır”
- Mariya Stadnik 250 güləşçiyə ustad dərsi keçib
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır