Paris-2024: Güləşçilərimizin rəqibləri bəlli olub
06.08.2024 - 17:53
Paris-2024: Güləşçilərimizin rəqibləri bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi müəyyənləşib.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov misirli Mohamed Eısayedlə qarşılaşacaq. 87 kiloqramda isə Rafiq Hüseynov macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

 

0