Paris-2024: Güləşçimiz yarımfinalda məğlub olub - YENİLƏNİB
10.08.2024 - 20:43
Paris-2024: Güləşçimiz yarımfinalda məğlub olub - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, yarışların yarımfinal mərhələsində mübarizə aparan Maqomedxan Maqomedov (97 kq) növbəti dəfə döşək üzərinə çıxıb.

Onun bu dəfəki rəqibi gürcüstanlı Gigi Maçaraşvili olub. 

Rəqibinə 0:5 hesabı ilə məğlub olan idmançımız finala vəsiqə qazana bilməyib.

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

***

14:59

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, idmançımız Maqomedxan Maqomedov 1/4 final görüşünə çıxıb.

O, bu mərhələdə Polşa təmsilçisi Zbiqnev Baranovski ilə qarşılaşıb.

Rəqibini məğlub edən (7:2) Maqomedxan yarımfinala yüksəlib. 

***

13:26

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir təmsilçimiz 1/8 finaldan mübarizəyə başlayıb.

97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Maqomedxan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışıb.

Rəqibini üstələyən (9:0) Maqomedxan 1/4 finala yüksəlib.

 

0