Qadın güləşçilərimizin növbəti təlim-məşq toplanışı başlayıb.
Apasport.az xəbər verir ki, U-20 yığmamız avqustun 20-dək Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.
Baş məşqçi Toğrul Əsgərov və U20 milli komandanın böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər. İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U-20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.
Qeyd edək ki, komandamız avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib