Rafiq Hüseynov 1/8 finalda məğlub oldu
07.08.2024 - 15:00
Rafiq Hüseynov 1/8 finalda məğlub oldu

Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov Olimpiadada ilk görüşünə çıxıb.

O, 1/8 final mərhələsində macarıstanlı David Loşontsi ilə qarşılaşıb.

Təcrübəli güləşçimiz rəqibinə 2:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, əgər Loşontsi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

 


 

0