“İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində bürünc medal qazanan Rəşad Məmmədov deyib.
Təmsilçimiz medalsız vətənə qayıtmadığına görə sevindiyini bildirib:
"Bu il qızıl medal əldə etmək istəyirdim. Qismət olmadı. Amma yenə də vətənə medalsız qayıtmadıq. Qarşıda yarışlarımız çoxdur. Fikirləşirəm ki, biz yenə Emin Seferşayevlə qarşılaşacağıq. İnşallah, bu məğlubiyyət təkrarlanmayacaq. Eldəniz Əzizlinin burada olması mənim üçün böyük stimul idi. Mənə görüşlə bağlı bütün məsləhətlərini vermişdi”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib