Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.
Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizə aparacaq.
55 kq çəkidə mübarizə aparan Rəşad Məmmədov final qarşılaşmasına çıxıb. Onun rəqibi iranlı Ahmad Vafa olub. 3:11 hesabı ilə uduzan Məmmədov dünya ikincisi adına yiyələnib.
77 kq çəki dərəcəsində bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.
- 28 güləşçimiz Avropa çempionatında iştirak edəcək
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur