Reytinq turniri: Həsrət Cəfərov finalda
09.06.2024 - 17:07
Reytinq turniri: Həsrət Cəfərov finalda

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) ilk mərhələdə iranlı Puya Dad Marzanı 6:1, ikinci görüşdə isə gürcüstanlı Nuqzari Tsurtsumiaya tam üstünlüklə (8:0) qalib gəlib. Onun növbəti rəqibi Mara Qaribov (Braziliya) olacaq.

Həsrət Cəfərov (72 kq) ilk mərhələdə iranlı Seyid Söhrabiyə 12:6, ikinci döyüşdə isə macarıstanlı Kristofer Klanyiyə 7:0 hesabları ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Olimpiya mükafatçısı və Avropa çempionu Şmaqi Bolkvadzeni də mübarizədən kənarlaşdırıb (7:1). Həsrət finalda misirli Mustafa Alameldinlə qarşılaşacaq.

72 kq çəkidə mübarizə aparan digər idmançımız Ülvi Qənizadə ilk mərhələdə koreyalı Hyeonjin Kanqaya 3:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda mübarizəni dayandırıb.

Sənan Süleymanov (77 kq) qazaxıstanlı Demeu Jadrayev xalçaya çıxmadığı üçün 1/8 finalda güləşmədən qalib elan olunub. O, daha sonra iranlı Məhəmməd Əli Gerayini 6:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Sənan yaponiyalı Nao Kusakaya uduzub.

Qeyd edək ki, dünən yunan-Roma güləşi üzrə yığmanın üzvü Murad Məmmədov (63 kq) qızıl medala sahib çıxıb. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

0