İlin son reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşçilərimiz təmsil edəcək.
Apasport.az xəbər verir ki, BOK İdman Sarayında təşkil ediləcək turnirin ilk iki günündə sərbəst güləş üzrə millinin üzvləri xalçaya çıxacaq. Baş məşqçi Xetaq Qazyumovla böyük məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov, Maqomed-Başir Xaniyev (74 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov (hər ikisi 92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşçilərimiz növbəti 2 gündə çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Həsrət Cəfərov, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Ülvü Qənizadə (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) uğur qazanmağa çalışacaq.
Reytinq turnirində I dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi
- Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib
- Yunan-Roma güləşi üzrə 5 çəkidə ölkə çempionları müəyyənləşib - FOTO