Stadnikin çəki dərəcəsində qalmaqal: Hindistanlı güləşçi finala buraxılmayıb
08.08.2024 - 10:18
Stadnikin çəki dərəcəsində qalmaqal:  Hindistanlı güləşçi finala buraxılmayıb

Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Apasport.az xəbər verir ki, bu barədə Hindistanın olimpiya komandasının rəsmi "X" hesabı məlumat yayıb.

İdmançı 100 qram artıq çəkiyə görə cəzalanıb.

O, bu gün finalda ABŞ güləşçisi Sara Hildebrandt ilə qarşılaşmalı idi. Lakin qızıl medal rəqibə veriləcək. Gümüş mükafat isə bu çəkidə olmayacaq.

Qeyd edək ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də çıxış edib. 1/4 final mərhələsində məğlub olan titullu idmançı yarışı medalsız başa vurub.

0