Təmsilçimiz qızıl şansını itirdi - YENİLƏNİB
09.08.2024 - 21:08
Təmsilçimiz qızıl şansını itirdi - YENİLƏNİB

Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Giorgi Meşvildişvili yarımfinal görüşünə çıxıb. 

Meşvirdişvili yarımfinalda gürcüstanlı Geno Petriaşvili ilə üz-üzə gəlib. 

Rəqibinə məğlub olan təmsilçimiz qızıl medal şansını itirib. 

***

15:04

Paris Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimizin çıxışları davam edir.

Apasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 final mərhələsində döşək üzərinə çıxıb.

Onun rəqibi monqolustanlı Muxtur Lxaqvaqerel olub. Rəqibinə 12:2 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala vəsiqə qazanıb.

***

14:14

Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb. 

125 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Giorgi Meşvildişvili misirli Diaaeldin Kamalla üz-üzə gəlib. 

Rəqibinə 4:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.

0