“İlk öncə bizə belə qələbə sevinci yaşatdıqları üçün idmançılarımızı təbrik edirəm".
Apasport.az xəbər verir ki, bunu güləş üzrə qadınlardan ibarət millinin baş məşqçisi Toğrul Əsgərov deyib:
"Əllərindən gələni etdilər. Buna hamı şahid oldu. Federasiyaya da dərin təşəkkürümü bildirirəm. İdmançılarımız üçün nə lazımdırsa, artıqlaması ilə edirlər. Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqki müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.
Qeyd edək ki, İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür