Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu
21.04.2026 - 22:30
Tirana şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Türkiyə millisinin üzvü Rıza Kayaalp döşək üzərinə çıxıb.
130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Viteklə qarşılaşıb.
Görüş Kayaalpin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və o, yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, bu qələbə türkiyəli pəhləvanın Avropa çempionatlarında 13-cü qızıl medalı olmaqla rekord göstəricidir.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
0
0