U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb
21.06.2024 - 13:34
U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb

İyunun 24-dən 30-dək Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından apasport.az-a bildirilib ki, qitə birinciliyində hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək.

Yarışın ilk günlərində böyük məşqçi Taleh İsrafilovla məşqçilər Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında yunan-Roma güləşçilərimiz gücünü sınayacaq. Heyətdə Nicat İsgəndərli, Əmrah Əmrahov, Turan Daşdəmirov, Əli Nəzərov, Ayxan Cavadov, İspəndiyar İmanov, Yusif Əhmədli , Orxan Hacıyev, Səid Paşayev və Mikayıl İsmayılov yer alıb.

Sonra qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nəzrin Əhmədli, İlkanə Bayramova, Esra Məmmədli, Fatimə Bayramova, Fidan Babayeva , Günay Qurbanova və Zəhra Kərimzadə Avropa çempionatında çıxış edəcək.

Yarışa sərbəst güləşçilər yekun vuracaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçilər Rövşən Hacıyevlə Vahid Məmmədovun rəhbərliyi altında Fəqan Fətiyev , Hacıhüseyn Əhmədzadə, Muhamməd İsmayılov, Hüseyn Hüseynov, Hüseyn İsmayılov, İsa Yusibov, Qəzənfər Kazımlı, Məhəmməd Abbaszadə, Fərhad Süleymanlı və İsmayıl Kərimov uğur qazanmağa çalışacaq.

İlk görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakim Sədi Quliyev və I kateqoriyalı referi Zaur Şərifov ədaləti qoruyacaq.

0