Yığmamız 1 qızıl, 1 bürünc qazanıb
19.06.2024 - 21:28
Yığmamız 1 qızıl, 1 bürünc qazanıb

Rusiyanın Kazan şəhərində BRICS Oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət güləş yığmasının 2 üzvü fəxri kürsüdə yer alıb.

Turnirə idmançı ilə qatılan komandamızın heyətində Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 11-ə çatıb (3 qızıl, 3 gümüş və 5 bürünc medal).

0