Yunan-Roma güləşi üzrə U-15 milli komandasının böyük məşqçisi Əbilfət Məmmədov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan birinciyini şərh edib, qarşıdakı yarışlar badə danışıb.
- Gəncədə keçirilmiş ölkə birinciliyinin nəticələri sizin üçün sürpriz oldu?
- Azərbaycan çempionatı gözlədiyimiz kimi keçdi. 10 çəkidən 9-da mütəmadi milli komandanın təlim-məşq prosesində iştirak edən güləşçilər finala yüksəldi. Medal qazanan idmançılar yığmaya cəlb edilib.
- Ötən ay iştirak etdiyiniz Gimnaziada haqqında təəssüratlarınız necə oldu?
- Serbiyada normal çıxış etdik. Nəticəni qənaətbəxş sayıram. 3 qızılımız, 2 gümüşümüz oldu. Ən əsası 10 uşaqdan 9-u yer tutdu.
- Gələn ay İtaliyada təşkil ediləcək Avropa çempionatına necə hazırlaşırsınız?
- Yarışa bir ay qalmış intensiv məşqlərə keçəcəyik. Mayın 26-dan ümumi-fiziki hazırlıq üzrə təlim-məşq prosesinə başlayırıq. Qitə birinciliyinə 10 gün qalmış taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Bunların hamısı Bakıda baş tutacaq.
- Əsas rəqib kimi hansı ölkələrin komandalarını görürsünüz? Yarışla bağlı proqnozunuzu bilmək istərdik.
- Bizimlə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan və Macarıstan favorit komandalar sayılır. Kimlərdən medal gözlədiyimi və neçə medal qazanacağımızı deyə bilməyəcəyəm. Çünki əksəriyyəti üçün ilk böyük yarış olacaq. Belə deyək, birinci addımı atırlar. U-15 ən qəliz yaş qrupudur. Buna görə dəqiq proqnoz vermək olmur. Yaxşı çıxış edəcəyimizə inanıram.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür