Novak Cokoviç Kimdir? Modern Tennisin Siması
07.08.2024 - 12:57
Novak Cokoviç Kimdir? Modern Tennisin Siması

Novak Cokoviç Kimdir?

Novak Cokoviç serb əsilli professional raketka ustalarından biridir. Tarixin ən uğurlu idmançılarından biri olan Cokoviç ATP sıralamasında dünyanın bir nömrəsi kimi göstərilir. O, “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibidir.

2011-2013-cü illərdə 3 dəfə ardıcıl Avstraliya açıq dövr rekorduna sahib tək oyunçu olmaq xüsusiyyətinə sahib olan Cokoviç bir sezonda 4 “Grand Slam” çempionluğu olan 3 tennisçidən biridir. Bu uğuru ikinci dəfə təkrarlayan Cokoviç bu sahədə təkdir. 

Novak Cokoviçin Neçə Yaşı Var?

22 may 1987-ci ildə anadan olan serbiyalı tennisçi hazırda 37 yaşındadır. 

Novak Cokoviçin Ailəsi

Serbiyanın Belqrad şəhərində doğulan Cokoviçin atası Srdan, anası isə Diyana Cokoviçdir. Ulduz idmançının həyat yoldaşı Yelena Ristiçdir. 

Novak Cokoviçin Gənclik Dövrü

Srdan və Diyana Cokoviçlərin 3 övladından biri olan Novak Cokoviç tennislə erkən yaşlarında tanış olub. Atası professional pilot olmaqla yanaşı, həm də futbolçudur.

Cokoviç tennislə tanış olarkən cəmi 4 yaşı olub. 1993-cü ilə qədər Yelena Gençiçlə məşq edib. Gənc yaşında sərgilədiyi performansla başda məşqçisi olmaqla, hər kəsin diqqətini cəlb etməyi bacarıb.

2001-ci ildə cəmi 14 yaşında ilk beynəlxalq görüşünə çıxan Novak Cokoviç Avropa Çempionatında təm təklər, həm də cütlər çempionu olub.

Gənclik karyerasına nəzər saldıqda uğurlu bir tablo ilə qarşılaşırıq. Təklərdə 40-11, cütlərdə də 23-6 qələbəsi olan Novak Cokoviç gənclərin yer aldığı dünya reytinqində 24-cü sırada yer alıb.

Novak Cokoviçin Karyerası

Novak Cekoviç professional karyerasına 2003-cü ildə başlayıb. 2005-ci ildə karyerasının ilk “Grand Slam” turniri olan Avstraliya açıq turnirinə vəsiqə qazanan Cokoviç həmin il çempion olan Marat Safinə məğlub olub. 

Cokoviç 2005-ci ildə iş dünyasına addım atıb. Atası və əmisi tərəfindən idarə ediləcək “Family Sport” şirkətini quran idmançı 2009-cu ildə ATP turnirlərindən biri olan Hollandiya açıq turnirini bütün haqları ilə birgə almışdı. Turnir hazırda “Serbiya açıq” adı ilə bilinir.

Cokoviç 2006-cı ildə mentor kimi keçmiş slovakiyalı tennisçi Marian Vajda ilə razılaşıb. 2013-cü ildən isə bir vaxtlar dünyanın bir nömrəsi olan alman Boris Bekerlə məşq etməyə başlayıb.

Cokoviç 2007-ci ildə karyerasının ilk Master Seriyasını qazanıb. Bu qələbədən sonra dünya reytinqinin ilk onluğuna daxil olub. Elə həmin il Roger Kubokunda Endi Roddik, Rafael Nadal və Rojer Federeri məğlub etməklə böyük uğura imza atıb. Bu qələbələrdən sonra Serbiyanın ən yaxşı idmançısı seçilib.

Karyerasının ilk “Grand Slam Single” çempionluğunu 2008-ci ildə Avstraliya açıq turnirində Rojer Federerə qarşı qazanan Cokoviç 2008-ci ildə “Tennis Masters Cup” ünvanının da sahibi olub.

Cokoviç 2012, 2013, 2014 və 2015-ci illərdə ATP World Tour tədbirini qələbə ilə başa vuraraq dünya sıralamasındakı yerini qorumağı bacarıb.

Novak Cokoviç Hansı Millidə Oynayıb?

2010-cu ildə Serbiya milli komandası ilə oyuna çıxan idmançı Fransa üzərində qələbədə əsas pay sahiblərindən biri olub.

Novak Cokoviçin Şəxsi Həyatı

Novak Cokoviç 2005-ci ildə Yelena Ristiçlə münasibətinin başladığını elan edib. Cütlük 2013-cü ilin sentybarında nişanlanaraq evlilik yolunda ilk addımı atıb. Cokoviç və Ristiç cütlüyü 1 il sonra Monteneqrodakı “Sveti Stefan” adasında evlənib. 

Cokoviç serb dili ilə yanaşı, almanca, italyanca və ingiliscə ana dili kimi danışır.

Ulduz tennisçi 2007-ci ildə Serbiyada məhdud imkanlara sahib uşaqlar üçün Novak Cokoviç Fondunu qurub. 2016-cı ildə isə “Melbourne City Mission” tərəfindən təşkil edilmiş təhsil proqramında uşaqlar üçün 20 min dollar ianə edib. 

   


      


 

0