Semih Kılıçsoy Kimdir? “Beşiktaş”ın Gənc Ulduzu
08.08.2024 - 13:09
Semih Kılıçsoy Kimdir? “Beşiktaş”ın Gənc Ulduzu

Semih Kılıçsoy Kimdir?

Semih Kılıçsoy 15 avqust 2005-ci ildə anadan olub. Hücum mövqeyində oynayan türk futbolçu Super Liqa klublarından “Beşiktaş”ın formasını geyinir.

Semih Kılıçsoyun Neçə Yaşı Var?

15 avqust 2005-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olan Semih Kılıçsoy hazırda 18 yaşındadır.

Semih Kılıçsoy Haralıdır?

Semih Kılıçsoy İstanbulda doğulsa da, əslən Trabzonlu olduğu bilinməkdədir.

Semih Kılıçsoy Futbola Harda Başlayıb?

Futbola “Qaziosmanpaşa” və “Arnavutköy”də başlayan Kılıçsoy 2016-cı ildə “Beşiktaş”ın akademiyasına qoşulub və U-19 Super Liqasında 64 matçda 42 qol vurub. 

Semih Kılıçsoyun “Beşiktaş”da Erkən Dövrü

Kılıçsoy 2023-cü ildə professional olub və 2023-2024 UEFA Konfrans Liqasının təsnifat mərhələsində “Tirana”ya vurduğu qolla “Beşiktaş”ın avrokuboklarda qol vuran ən gənc futbolçusu kimi tarixə keçib. 25 dekabr 2023 və 13 yanvar 2024 arasındakı dörd liqa matçında isə 5 qola imza ataraq türk futbol tarixində ardıcıl dörd liqa oyununda qol vuran ən gənc futbolçu olub. 2023-2024 mövsümündə vurduğu 10 qolla isə “Beşiktaş” tarixində bir mövsümdə 10 qola çatan ən gənc ikinci oyunçu olub.

Semih Kılıçsoy Türkiyə Milli Komandasında

Kılıçsoy U-14, U-15, U-17, U-19 və U-21 komandaları ilə Türkiyəni təmsil edib. Aşağı yaş kateqoriyalarında 29 matça çıxan gənc futbolçu 23 qol vurub. 2024-cü ilin yanvarında Türkiyə milli komandasına çağırılıb və 2024-cü il Avropa Çempionatı heyətinə seçilib.

Semih Kılıçsoyun Transfer Qiyməti

“Transfermarkt” saytının hazırkı məlumatına görə, “Beşiktaş”ın 18 yaşlı ulduzunun cari transfer qiyməti 12 milyon avrodur. Buna baxmayaraq, Avropanın bəzi aparıcı klubları onu heyətinə qatmaq üçün 20 milyon avrolarından keçməyə hazır olublar. Hazırda “Beşiktaş”ın Semihi satmaq fikri yoxdur.

 
 

0