Yusuf Dikeç Kimdir? Əli Cibində Medal Qazanan İdmançı
06.08.2024 - 11:47
Yusuf Dikeç Kimdir? Əli Cibində Medal Qazanan İdmançı

Türkiyəli atıcı Yusuf Dikeç 2024 Yay Olimpiya Oyunlarına damğasını vurub. Tək əli cibində atış həyata keçirən idmançının yaşı və həyatı idman həvəskarlarının diqqət mərkəzinə düşüb.

Yusuf Dikeç Kimdir?

Yusuf Dikeç 1973-cü ildə Kahramanmaraşda dünyaya gəlib. Əslən Kahramanmaraşlıdır. Uşaqlıq illərini burada keçirən Dikeç təhsilini tamamladıqdan sonra hərbi məktəbə yazılıb. Uzun illər hərbçi kimi fəaliyyət göstərib.

Yusuf Dikeçin Neçə Yaşı Var?

1 yanvar 1973-cü ildə anadan olmuş Yusuf Dikeçin hazırda 51 yaşı var.

İdman Karyerası

Son günlərdə haqqında ən çox danışılan türklərdən olan Yusuf Dikeç idman karyerasını davam etdirir. Tapança kateqoriyaları üzrə yarışır.

2012-ci ildə keçirilmiş Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən Dikeç 1 il sonra Mersində təşkil olunmuş Akdeniz Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb.

2014-cü ildə İspaniyanın Qranada şəhərində baş tutmuş 2014 ISSF bütün növlər üzrə Dünya Atıcılıq Çempionatında qızıl medala sahib olub.

Yusuf Dikeç 2016-cı il Yay Olimpiya Oyunlarında da iştirak edib və mübarizəni erkən dayandırıb.

2024-cü ilin aprelində Braziliyada təşkil olunmuş Olimpiya Seçmələri Çempionatında və Almaniyada keçirilmiş Dünya Çempionatında da qızıl medal qazanıb.

Yusuf Dikeçin Paris-2024 Performansı

Yusuf Dikeç 2024 Yay Olimpiya Oyunlarında iştirak etdi. Olimpiadanın finalında Şevval İlayda Tarhanla birgə ikinci yerdə qərarlaşaraq gümüş medal qazandı.

Yusuf Dikeçin Sosial Media Məşhurluğu

Yusuf Dikeç 2024 Yay Olimpiadasında qulaqlıq taxmadan səhnəyə çıxdı və atışını bir əli cibində həyata keçirdi. Onun bu hərəkəti dünyada gündəm oldu.

Yusuf Dikeçin Sosial Media Hesabları

Olimpiya Oyunlarının əsas simalarından birinə çevrilən Yusuf Dikeç “İnstagram”ın Türkiyədə qadağan olunmasından sonra “X” platformasında özünə yeni hesab açıb. “X” platformasının sahibi İlon Mask da türkiyəli idmançı ilə bağlı paylaşımlar edib. Yusuf Dikeç bildirib ki, hesabı açmasının əsas məqsədi saxta hesabların qarşısını almaqdır.

Yusuf Dikeçin Los Anceles Hədəfi

Dikeçin karyerasında isə yeni bir hədəf var: 2028 Los Anceles Olimpiadasında qızıl medal.

Sağlığı əl verdiyi müddətcə bu idmanla məşğul olmaq istədiyini bildirən Dikeç deyir:

“Elə düşünürəm ki, Los Anceles son nöqtəm olacaq. İnşallah orada qızıl medal qazana bilərəm. Yenə də davam edərəm, lakin indiki qədər aktiv ola biləcəyimi düşünmürəm”. 


 

0