Olimpiya çempionu Fərid Mansurov Pekində uğursuzluğa düçar olub
13.08.2008 - 10:02
66 kq çəkidə çıxış edən olimpiya və dünya çempionumuz F.Mansurov elə ilk görüşdəcə Armen Vardanyana (Ukrayna) uduzub – 0:3, 0:3. 1/16 finaldan mübarizəyə başlayan İ.Abdulov (74 kq) isə əvvəlcə Şərəf Tüfəngi (Türkiyə) məğlub edib (2:1, 1:1). Ancaq pəhləvanımız ikinci görüşdə Varteres Samurqaşevə (Rusiya) uduzub – 0:4, 0:1. A.Vardanyan və V.Samurqaşev finaladək irəliləyə bilmədiyindən, güləşçilərimizin bürünc medal uğrunda təsəlliverici qarşılaşmalara qatılmaq şansları qalmayıb.
Qeyd edək ki, olimpiadada yunan-Roma güləşi üzrə yarışın ilk günündə həm Rövşən Bayramov (55 kq), həm də Vitali Rəhimov (60 kq) gümüş medala layıq görülüb.
Qeyd edək ki, olimpiadada yunan-Roma güləşi üzrə yarışın ilk günündə həm Rövşən Bayramov (55 kq), həm də Vitali Rəhimov (60 kq) gümüş medala layıq görülüb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0