Azərbaycan cüdoçusu Elxan Məmmədov Pekin Olimpiadasında medal qazana bilməyib - YENİLƏNİB 1
13.08.2008 - 12:57
Rəqibindən açıq-aşkar üstün olan 26 yaşlı idmançımız yuka və koka fəndləri işlədərək, qələbə qazanıb. E.Məmmədov növbəti görüşdə özbəkistanlı Xurşid Nəbiyevə də qalib gəlib. Bununla da, həmyerlimiz olimpiadanın 1/4 finalında iştirak hüququna yiyələnib. Lakin o, yarımfinala vəsiqə uğrunda görüşdə dünya çempionu İrakli Tsirekidzeyə (Gürcüstan) məğlub olub. Buna baxmayaraq, E.Məmmədov mübarizəni davam etdirib. Rəqibi yarımfinala çıxdığı üçün cüdoçumuz təsəlliverici mərhələdə güləşib. Amma idmançımız misirli Heşam Meshaba uduzaraq, mükafatçılar sırasında yer almaq şansını itirib.
Qeyd edək ki, Pekin Olimpiadasında indiyədək tatami üzərinə çıxan 5 cüdoçumuzdan yalnız biri Elnur Məmmədli (73 kq) qızıl medala sahib çıxıb. Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), eləcə də Kifayət Qasımova (57 kq) medal qazanmağı bacarmayıb. Sabah 100 kq çəki dərəcəsində Mövlud Mirəliyev bacarığını nümayiş etdirəcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0