ABŞ üzgüçüsü Maykl Felps yay olimpiya oyunlarının tarixinə düşüb
13.08.2008 - 12:34
Bakı. Kənan Həsənov - APA-Sport. ABŞ üzgüçüsü Maykl Felps yay olimpiya oyunlarının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Pekin olimpiadasında daha iki qızıl medal qazanan 23 yaşlı üzgüçü ən titullu idmançı adına layiq görülüb. Bu, M.Felpsin 11-ci olimpiya “qızıl”ı olub. İndiyədək olimpiya oyunlarının tarixində yalnız 4 idmançı 9 qızıl medala sahib çıxıb. Bunlar atlet Paavo Nurmi (Finlandiya), gimnast Larisa Latınina (SSRİ), üzgüçü Mark Spits (ABŞ) və atlet Karl Lyuisdir (ABŞ).
Qeyd edək ki, M.Felps Pekin olimpiadasında müxtəlif məsafələrə yarışda 5 qızıl medal qazanıb. O, 4 il əvvəl Afinada keçirilən analoji yarışı 6 qızıl və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, M.Felps Pekin olimpiadasında müxtəlif məsafələrə yarışda 5 qızıl medal qazanıb. O, 4 il əvvəl Afinada keçirilən analoji yarışı 6 qızıl və 2 bürünc medalla başa vurub.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0