Fərid Mansurovun dünya çempionatının finalında məğlub etdiyi Fransa güləşçisi olimpiya çempionu olub
13.08.2008 - 16:02
Pekin. Elşən Məmmədov - APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, 66 kq çəkidə olimpiya çempionu tituluna Fransa təmsilçisi Stiv Genyo layiq görülüb. Ötən il Bakıda keçirilmiş dünya çempionatının finalında Azərbaycan pəhləvanı Fərid Mansurova uduzan S.Geno Pekində ölkəsinə ilk olimpiya qızılını qazandırıb. O, həlledici qarşılaşmada Kanatbek Bekaliyevə (Qırğızıstan) qalib gəlib. Bürünc medallara F.Mansurovun ilk görüşdəcə uduzduğu Armen Vardanyan (Ukrayna), həmçinin Mixail Semyonov (Belarus) sahib çıxıb. Olimpiya və dünya çempionumuz öz çəkisində 20 idmançı arasında 19-cu olub. 74 kq çəkidə yer alan Manuçar Kvirkveliya isə təmsil etdiyi Gürcüstana Pekin Olimpiadasında birinci qızıl medal bəxş edib. M.Kvirkveliya finalda yerli güləşçi Çun Yunsyanı üstələyib. Bürünc medallara Yavor Yanakiyev (Bolqarıstan) və Kristof Geno (Fransa) yiyələnib.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
0
0