"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
21.08.2024 - 09:57

Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək.
İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
- "Şamaxı" müdafiəçisi ilə yollarını ayırıb - RƏSMİ
0
0