Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”
16.08.2025 - 22:11
Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”

Misli Premyer Liqasının I turu çərçivəsində “Neftçi” öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyunumuz idi, özü də səfərdə “Neftçi”yə qarşı. Onlarda yeni futbolçular var idi, rəqibi təhlil etmək çətin idi. Bizim də heyətimizdə yenilər oldu və onlara da bu arenada səfər matçında oynamaq asan deyildi. Buna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, “Neftçi”nin üstünlüyünü bilirdik. Yorğunluq hiss olunurdu, dəyişiklik etdik. Səfərdə qazanılan bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq, futbolçularımızın inkişafını təmin etmək istəyirik. Bunun üçün əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm, bizi tək qoymadılar".

- Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Pulunuz yoxdur deyə, legioner gətirə bilmirsiz?
- Görsəz komandanı necə quruşuq..Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz Qarşımıza qorulan hədəfə çatmağa imkan verir. Hədəfdən..Bizim də büdcəmiz çox olsaydı, 16-17 legionerlər gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaqlar. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik. 

- Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?
- Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqaırn cinahında rəqabət var. Bu, onun inkişafına gətirib çıxaracaq. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

- İlk qol sizə psixoloji üstünlük verdi. Qarşıdakı matçlarda da bunu düşünəcəksiz?
- Məqsədimiz qol vurmaqdır. Amma birinci hissə, ya ikinci hissə..."Neftçi" kimi komandaya qol vurduqdan sonra qapımıza təzyiqin artacağını bilirdik. Cinah müdafiəçisini çıxarıb, yarımmüdafiəçiləri cinahlara atdı rəqib. Rezabala ikinci hissə bizə başağrı oldu. 2:0 olsaydı, tam başqa cür olardı. "Neftçi"nin də dirəkdən dönən epizodu oldu. Bizdən üstün rəqiblərə qol vurmaq, psixoloji üstünlükdür. Oyunçularım təzyiqə dözməlidirlər. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqə "Neftçi"nin təzyiqinə dayandılar. Ötən mövsüm son dəqiqələrdə çox qol buraxırdıq. Futbolçularımın soyuqqanlığı çatmırdı yetərincə deyildi. Rüfət abbasov ötən mövsümlə müqayisədə daha soyuqqanlıdır. Komandada inkişaf var. Əsas odur təslim olmayaq.

- Elçin Məsiyevlə iki dəfə sərt mübahisə yaşadız. Nə baş vermişdi?
- Elçin Məsiyevi birincisi təbrik etdim. Fəxr etdik, qürurumuzdur. Futbol hakimliyi, inspektoru olsun, UEFA-da bizi təmsil edəndə adımızdır. Ondan xahiş etdim ki, qızıl alan hakimsən xırda foulları az ver (gülür). Pis idarə etmədi. Xırda foullar var idi ki, bizdə sarı oldu, rəqibdə yox. 

- U-21 yığmasının baş məşqçisi necə düşünürsüz, yerlilər bu gün az idi. Hazırki durumu necə şərh edərdiz?
- Bununla bağlı fikirlərimi dəfələrlə demişəm. Yerli futbolçular daha çox oynamalıdır. Durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 yerli var idi, sonradan meydana daxil olanlar da gənc futbolçular oldu. Bu məsələ barədə indi danışmaq gecdir, qərarlar verilib. Biz də dəyişikliklərə uyğunlaşmalıyıq.

- "Şamaxı"nın baş məşqçisisiniz, amma U-21 yığmasını da çalışdırırsız. Heyəti quranda nə qədər klubu fikirləşsəz də, U-21 oyunçularının oynaması üçün onların praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?
- Bu, daxili bir mübarizədir. Amma ötən mövsümdə də prinsipimiz eyni idi – gəncləri komandaya cəlb etmək. Rüfət Abbasovu, Rauf Rüstəmlini də bu məqsədlə gətirmişdik. Komandada rəqabət var, bəzi oyunlarda risk edib gənclərə şans verəcəyik. Amma “Şamaxı”nın da mövqeyi qorunmalıdır. Gələcək imkan verərsə, daha çox gəncə şans veriləcək.