Lider üçün həyati matç - YENİLƏNİR
08.02.2026 - 09:34
Lider üçün həyati matç - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XIX tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə lider meydana çıxacaq.

"Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş "Bank Respublika Arena"da baş tutacaq.

Qeyd edək ki, "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 

Misli Premyer Liqası
XIX tur
8 fevral
16:00. "Sabah" – "Araz-Naxçıvan"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Bank Respublika Arena"