Millimiz İngiltərə ilə qarşılaşacaq
15.10.2024 - 09:32
Millimiz İngiltərə ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, millimiz Bristol şəhərində İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Aşton Qeyt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq.

Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.

Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10 xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin sonuncusudur.

0