Millimiz Slovakiya yığması ilə qarşılaşacaq
07.06.2024 - 10:35

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, komandamız U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
0
0