Premyer Liqa klubları üz-üzə - YENİLƏNİR
26.07.2025 - 10:17

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” və “Şamaxı” bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Apasport.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Qarşılaşma saat 18:30-da start götürəcək.
Qeyd edək ki, “Kəpəz” bundan əvvəl keçirdiyi yoxlama oyununda “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. “Şamaxı” isə əvvəlcə “Karvan” üzərində 2:1 hesablı qələbə qazanıb, daha sonra “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olub.
0
0