"Qarabağ" - "Malmö" matçına 18000 bilet satılıb
01.10.2024 - 12:52
"Qarabağ" - "Malmö" matçına 18000 bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına 18000 bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

Biletlərinn qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0