“Zirə” Türkiyədə ilk yoxlama matçına çıxır - YENİLƏNİR
09.07.2025 - 11:21
“Zirə” Türkiyədə ilk yoxlama matçına çıxır - YENİLƏNİR

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Ankara Keçiörengücü” ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək. 

Qeyd edək ki, "Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.