
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində III turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, tur çərçivəsində 18 qarşılaşma baş tutacaq.
Türkiyə təmsilçisi "Fənərbaxça" evdə "Ştutqart"ı qəbul edəcək.
"Çobani" stadionunda baş tutacaq qarşılaşmaya saat 20:45-də start veriləcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
18:30. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan)
20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan)
20:45. "Fənərbaxça" (Türkiyə) - "Ştutqart" (Almaniya)
20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya)
20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə)
20:45. FCSB (Rumıniya) - "Bolonya" (İtaliya)
20:45. "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə)
20:45. "Genk" (Belçika) - "Betis" (İspaniya)
20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya)
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya)
23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan)
23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya)
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka)
23:00. "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)
23:00. "Frayburq" (Almaniya) - "Utrext" (Niderland)
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)
23:00. "Selta" (İspaniya) - "Nitsa" (Fransa)
23:00. "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)