Elvin Cəfərquliyev: “Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim”
13.10.2024 - 16:21
Elvin Cəfərquliyev: “Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim”

Millətlər Liqasının IV turunun Azərbaycan - Slovakiya matçından öncə yığmamızın futbolçusu Elvin Cəfərquliyev mətbuat konfransında iştirak edib.

"Çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq".

- Müdafiə xəttində vəziyyət necədir?
- Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün həmin oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

- Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?
- Dəyişikliklər barədə nəsə deyə bilmərəm. Bu dəfə də qalib gələ bilərdik. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

- Millinin heyətində üzdə olan oyunçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?
- Çox yaxşı oyunçularımız var. Səbəbini sizə deyə bilmərəm. Nə bilim. Açıqlama verə bilməyəcəm. Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

- Hazırkı karyeranın ən yaxşı dövrünü yaşayırsan. Fiziki və psioloji cəhətdən özünü necə hiss edirsən? 
- Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə oynayıram. Üç gündən bir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.

Qeyd edək ki, sabah baş tutacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da start götürəcək.

0