"Qalatasaray" Norveç təmsilçisini məğlub edib - YENİLƏNİB
22.10.2025 - 22:40
"Qalatasaray" Norveç təmsilçisini məğlub edib  - YENİLƏNİB

“Qalatasaray” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu öz meydanında Norveç təmsilçisi “Bodo-Qlimt”lə üz-üzə gəlib.

İstanbul klubu evdə 3:1 hesabı ilə qələbə qazanıb. 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Qalatasaray" - "Bodo-Qlimt" 3:1

Qollar: V. Osimhen, 3, 33, Yunus Akgün 60, A. Halmersen 75