Millimizin üzvü oynamadı, komandası məğlub oldu
09.11.2025 - 09:28
Polşada futbol üzrə ölkə çempionatının XV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rənat Dadaşovun çıxış etdiyi “Motor” (Lyublin) evdə “Visla” ilə 1:1 hesablı heç-heçə edib.
Dadaşov bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, hazırda “Motor” 16 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
0
0