
"Qarabağ"ın müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin II turunda "Malmö" ilə oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.
O, "Sabah"la (3:2) matçda zədələnən futbolçunun son durumu ilə bağlı bunları deyib:
"Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də, futbolçu üçün".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb