“Nyukasl”da yeni qolkiper - RƏSMİ
02.08.2025 - 19:21
“Nyukasl”da yeni qolkiper - RƏSMİ

“Nyukasl Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Sauthempton”un qapıçısı Aaron Ramsdeyli heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı qolkiper 1 illik icarə əsasında “Nyukasl”ın formasını geyinəcək. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Aaron Ramsdeyl ötən mövsüm “Sauthempton”un heyətində Premyer Liqanı 20-ci pillədə başa vuraraq elita ilə vidalaşmışdı.