“Nyukasl”dan “Vest Hem”ə - RƏSMİ
03.08.2025 - 09:18

İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Kallum Uilsonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Uilsonun son klubu 2020-ci ildən çıxış etdiyi "Nyukasl" olub.
0
0