"Qalatasaray" Oliveyra ilə yollarını ayırdı - RƏSMİ
04.09.2024 - 23:08

Super Liqa təmsilçilərindən “Qalatasaray”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub Serji Oliveyra ilə yollarını ayırıb.
Bunu "sarı-qırmızılar"ın mətbuat xidməti açıqlayıb.
Daha öncə onun karyerasını Yunanıstanda davam etdirəcəyi məlum olmuşdu. Yarımmüdafiəçinin "Olimpiakos"la razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, Pirey təmsilçisi Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da “Qarabağ”ı qəbul edəcək.
0
0