Son “Tottenhem”i tərk edəcək
02.08.2025 - 18:33
Son “Tottenhem”i tərk edəcək

İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem”də ayrılıq baş tutacaq.

Apasport.az xəbər verir ki, 10 ildir komandanın şərəfini qoruyan Son Hın Min klubdan ayrılacaq.

Bu barədə futbolçunun özü açıqlama yayıb.

33 yaşlı vinger komanda üçün əlindən gələni etdiyini və karyerasında yeni bir səhifə açmaq istədiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya millisinin üzvü Son Hın Min 2015-ci ildə “Bayer” klubundan “Tottenhem”ə 30 milyon avroya transfer olunmuşdu. O, London təmsilçisinin heyətində keçirdiyi 454 rəsmi oyunda 173 qol vurub, 101 məhsuldar ötürmə ilə yadda qalıb.