Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə jurnalistlərə açıqlama verib.
Apasport.az xəbər verir ki, Hüseynli yarış haqda bunları deyib:
“Hər il bu yarışda iştirakçıların sayının artması qürurverici haldır. Bundan əvvəlki turnirdə də möhtəşəm təşkilatçılıq var idi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Budəfəki də yaxşı alındı. Hər şey qaydasında keçdi.
Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının böyük uğurudur. Bu, ölkəmizdə idmanda inkişaf olduğunu göstərir. Dövlətimiz gənclərə də böyük dəstək verir”.
“Prezident Kuboku 2024” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib