11 illik həsrətə son – “Milan”dan 19-cu çempionluq!
22.05.2022 - 21:57
11 illik həsrətə son – “Milan”dan 19-cu çempionluq!

İtaliya A seriyasında 2021/22 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, XXXVIII turun bu gün keçirilən 5 oyunu ilə bütün mükafatçılar müəyyənləşib.

Son turda əsas diqqətlər çempionluq mübarizəsində olub. Milan şəhərinin iki təmsilçisi – “Milan” və “İnter” arasında axıra qədər gedən mübarizəni birincilər qalib tamamlayıb. “Sassuolo”nun qonağı olan “rossonyerlər” 3:0 hesabı ilə qalib gələrək, əzəli rəqibinin arzusunu puç edib. Stefano Piolinin yetirmələri 86 xalla qızıl medallara layiq görülüb.

Bununla “Milan” 19-cu çempionluğunu qazanaraq, bu sayda “İnter”ə çatıb. “Milan” həmçinin 11 illik həsrətə də son qoyub. Komanda buna qədər axırıncı dəfə 2010/11 mövsümündə finişə birinci çatmışdı.

Qapanış turunda doğma arenasında “Sampdoriya”nı 3 cavabsız qolla üstələyən “İnter” isə ikinciliklə (84 xal) kifayətlənib.

“Milan”, “İnter”, “Napoli” və “Yuventus” 2022/23 mövsümündə İtaliyanı Çempionlar Liqasında, 5-6-cı yerlərin sahibləri “Latsio” ilə “Roma” Avropa Liqasında, 7-ci olan “Fiorentina” isə Konfrans Liqasında təmsil edəcək.

“Venetsiya”, “Cenoa” və “Kalyari” isə A seriyasını tərk edib.

Aktivinə 27 qol yazdıran “Latsio”nun hücumçusu Çiro İmmobile mövsümün bombardiri olub.

0
DİGƏR XƏBƏRLƏR
Loading...