23 oyuna dəqiq MƏRC
10.02.2023 - 13:19
23 oyuna dəqiq MƏRC

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 23 oyuna dəqiq mərc edib.

O, yalnız futbol matçlarına proqnoz verib. Better bütün qarşılaşmalarda qol sayını təxmin edib.

Kuponun əmsalı 2655,70-ə bərabər olub. Better bu kupona 200 rubl (4,66 manat) qoyub.

Onun bütün ehtimalları özünü doğruldub. Proqnozsevər 531 min 140 rubl (12 min 375,56 manat) uduşa sahib çıxıb.


 

0