92 ilin rekordu ilə Avropa Liqasına
21.05.2022 - 10:14
92 ilin rekordu ilə Avropa Liqasına

İtaliyanı Avropa Liqasında təmsil edəcək sonuncu komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Latsio”nun ardından “Roma” qitənin ikinci dərəcəli klub turnirinə vəsiqə qazanıb.

Joze Mourinyonun yetirmələri A seriyasının sonuncu – XXXVIII turunda “Torino”nu 3:0 hesabı ilə məğlub edib. 63 xala malik “canavarlar” 5-ci pilləyə yüksəlib və “altılıq”dakı yerini təmin edib. Eyni xala malik “Latsio” son turda qazanılacaq xalla önə keçsə belə hər iki komanda Avropa Liqasına yollanacaq.

“Roma”nın iki qoluna imza atan Temmi Abraham 92 ilin rekorduna imza atıb. İngiltərəli klubdakı debüt mövsümündə A seriyasındakı qol sayını 17-yə çatdırmaqla buna nail olub. “Canavarlar”ın heyətində belə uğurlu debütə sonuncu dəfə Rodolfo Volk 92 il öncə imza atıb. O, 21 qol vurub.
 

0