Arda ulduzlaşdı - “Real” qələbə qazandı
04.05.2025 - 23:55

İspaniya La Liqasında XXXIV turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Real Madrid" öz meydanında "Selta"nı sınağa çəkib.
Gərgin keçən qarşılaşmada qapılara 5 qol vurulub. Türkiyə millisinin üzvü Arda Gülerin 1 qol, 1 assistlə ulduzlaşdığı matçda "kral klubu" rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
İspaniya La Liqası
XXXIV tur
16:00. “Real Madrid” - “Selta” - 3:2
18:15. “Sevilya” - “Leqanes” - 2:2
20:30. “Espanyol” - “Real Betis” - 1:2
0
0