“Arsenal” evdə büdrədi
22.02.2025 - 21:13

İngiltərə Premyer Liqasında XXVI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Arsenal" öz meydanında "Vest Hem"i qonaq edib.
Mikel Artetanın yetirmələri gözlənilməz şəkildə 0:1 hesabı ilə məğlub olublar.
Turun digər matçında "Tottenhem" səfərdə "İpsviç"lə üz-üzə gəlib.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə Premyer Liqası
XXVI tur
19:00. "Sounthempton" - "Brayton" - 0:4
19:00. "Arsenal" - "Vest Hem" - 0:1
19:00. "İpsviç" - "Tottenhem" - 1:4
19.00. "Fulhem" - "Kristal Pelas" - 0:2
0
0