“Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ
13.02.2026 - 01:54
“Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ

İngiltərə Premyer Liqasında XXVI tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün lider “Arsenal” meydana çıxıb.

Komanda “Brentford”un qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. Hesab ikinci yarıda açılıb. Noni Madueke londonluları önə çıxarıb. Lakin çox keçmədən Kin Lyuis-Potter komandasına 1 xal qazandıran qolu vurub - 1:1.

“Arsenal” 57 xalla turnir cədvəlinə başçılıq edir. “Topçular” ən yaxın izləyicisi olan “Mançester Siti”ni 4 xal qabaqlayır.