“Barselona”dan son 10 dəqiqədə üç qol
24.09.2023 - 01:13
“Barselona”dan son 10 dəqiqədə üç qol

“Barselona” öz meydanında çətin qələbə qazanıb.

Apasport.az saytı xəbər verir ki, Xavinin yetirmələri hesabda geridönüş ediblər. 

80-ci dəqiqədə 0:2 hesabı ilə uduzan “Barselona” 8 dəqiqəyə üç qol vurub. Levandovski iki dəfə fərqlənib. Qələbə topunu isə Kanselu vurub.

“Valensiya” “Almeriya” səfərində iki dəfə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

İspaniya La Liqası
6-cı tur

“Jirona” – “Malyorka” – 5:3
“Osasuna”  – “Sevilya” – 0:0
 “Barselona” – “Selta” – 3:2
“Almeriya” – “Valensiya” – 2:2
 

0