Benzemadan bir milyonluq QOL
16.01.2023 - 17:14
Benzemadan bir milyonluq QOL

İspaniya Superkubokunun “Real”la “Barselona” arasında final oyununda böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “El-Klasiko”nun gedişində canlı mərc edən proqnozsevər böyük məbləğdə risk edib.

O, görüşün 32-ci dəqiqəsində 200 min rubl (4 min 920 manat) qoyuluş etməkdən çəkinməyib. Better matçda 3-dən artıq qol olacağını proqnozlaşdırıb. Həmin vaxt belə variantın əmsalı 5,10-a bərabər olub.

Oyunun sonları müştəri üçün həyəcanlı keçib. “Barselona”nın 3:0 hesabı ilə irəlidə olması betterin pulunun qaytarılmasına aparırdı. 

Yalnız 90+3-cü dəqiqədə Kərim Benzema komandasını darmadağından xilas edə bilib. Bu qol betterə təxminən 1 milyon, daha dəqiqi 1 milyon 20 min rubl (25 min 92 manat) uduş gətirib. Bunun 820 min rublu (20 min 782 manat) qazanc olub.

Qeyd edək ki, 3:1 hesablı qələbə qazanan “Barselona” 14-cü dəfə Superkuboka sahib çıxıb.

0